Azərbaycanda bu şəxslər mükafatlandırılacaq
21 Fevral 2025
20:43 - 19 Fevral 2025
Zaqatalada iki minik avtomobili toqquşub, xəsarət alanlar var.
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobakol kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, Qax rayon Güllük kənd sakininin idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili başqa bir minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində bir-neçə nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna aparılıblar.
Hazırda yaralılara tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin