Operativ Qərargah daha bir qadağanı ləğv etdi - FOTO

19:03 - 24 Noyabr 2021

Operativ Qərargah daha bir qadağanı ləğv etdi - FOTO

Nazirlər Kabineti yanında Operativ Qərargah daha bir qapalı zalda yarışın keçirilməsinə icazə verib.

Manşet.az xəbər verir ki, Bakı Su İdmanı Sarayından verilən məlumata görə, noyabrın 26-da üzgüçülük üzrə Azərbaycan çempionatı start götürəcək.

3 gün davam edəcək yarış Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə gerçəkləşəcək.

Su İdmanı Sarayında baş tutacaq çempionata saat 17:00-da start veriləcək.

Qeyd edək ki, dünən güləş üzrə Azərbaycan çempionatının 7-9 dekabr tarixlərində keçiriləcəyi məlum olmuşdu.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin