"Qalatasaray" - "Fənərbağça" oyununu əcnəbi hakim idarə edəcək

17:58 - 19 Fevral 2025

"Qalatasaray" və "Fənərbağça" komandaları arasında derbini əcnəbi hakim idarə edəcək.

 

Manset.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, Mərkəzi Hakimlər Komitəsi İstanbul derbisinə sloveniyalı FIFA referisi Slavko Vinçiçi təyin etməyi düşünür.

O, bu gün Çempionlar Liqasında PSV (Niderland) - "Yuventus" (İtaliya) matçını idarə edəcək. Qərar rəsmiləşsə, Vinçiç sabah İstanbula gələcək.

Qeyd edək ki, fevralın 24-də keçiriləcək "Qalatasaray" - "Fənərbağça" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin