Qeyri-sabit hava ilə əlaqədar reyslər ləğv olunacaq? - AÇIQLAMA
21 Fevral 2025
17:27 - 19 Fevral 2025
İsrail ordusunun 15 aydan çox davam edən hücumlarından sonra atəşkəsin əldə edildiyi Qəzza zolağında son 24 saatda ikisi dağıntılar altından çıxarılan daha 6 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən edilən açıqlamada hücumlarda ölən və yaralananların sayı ilə bağlı yeni məlumatlar paylaşılıb .
Bildirilib ki, son 24 saat ərzində 6 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb, onlardan 2-si dağıntılar altından çıxarılıb, 1-i əvvəlki hücumlarda ağır yaralanaraq həyatını itirib, 3-ü isə son hücumlarda həyatını itirib. Xəsarət alan 11 nəfərin xəstəxanalara aparıldığı açıqlanıb.
Dağıntılar altında və yol kənarlarında hələ də çoxlu cəsədin olduğu, mülki müdafiə qruplarının dağıntılar altında olanlara çatmaq üçün işlərini davam etdirdiyi bildirilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin