Avropa ABŞ qoşunlarının qitədən çıxarılmasından qorxur

17:07 - 19 Fevral 2025

Avropa ABŞ qoşunlarının qitədən çıxarılmasından qorxur

Avropa ölkələrinin hakimiyyət orqanları Moskva ilə dialoqun başlanmasını nəzərə alaraq ABŞ prezidenti Donald Trampın administrasiyasının Amerika kontingentini Avropa ərazisindən çıxarmaq qərarına gələ biləcəyindən ehtiyat edirlər.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə qitə ölkələrinin xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən “Bild” qəzeti yazıb.

Onların məlumatına görə, Rusiya ilə ABŞ arasında dialoqa start verən Ər-Riyad danışıqları ilə bağlı Avropanın bir çox yerində ciddi narahatlıq var. Qərb siyasətçiləri bunun Avropa ərazisinin "əhəmiyyətli hissəsində Amerika qoşunlarının mövcudluğunun sona çatmasına səbəb ola biləcəyindən ehtiyat edirlər. Eyni zamanda, nəşr xatırladır ki, Tramp əvvəllər ABŞ qüvvələrinin qitədən tam çıxarılması imkanını istisna edirdi.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin