Qeyri-sabit hava ilə əlaqədar reyslər ləğv olunacaq? - AÇIQLAMA
21 Fevral 2025
16:18 - 19 Fevral 2025
Yanvarın 27-də keçirilən bələdiyyə seçkilərinin nəticələrinin açıqlanmasından sonra seçilmiş bələdiyyə üzvləri iclas keçirir və sədr seçirlər.
Manset.az Modern.az-a istinadən xəbər verir ki, Bakı şəhəri Sahil Qəsəbəsinin bələdiyyəsinə də sədr seçilib.
Belə ki, bələdiyyənin ilk iclasında Firuzə Musaoğlu səs çoxluğu sədr seçilib.
Qeyd edək ki, Firuzə Musaoğlu İkinci Qarabağ müharibəsində şəhid olan Ataməli Musaoğlunun xanımıdır.
Ataməli Musaoğlu oktyabrın 16-də Ağdərə döyüşləri zamanı şəhid olub. Lökbatan rayonunda şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ataməli Musaoğlu “Vətən Uğrunda”, 29 dekabr 2020 tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur Döyüşçü” medalı ilə təltif edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin