Nanədən müğənnilərə xəbərdarlıq

15:48 - 19 Fevral 2025

Nanədən müğənnilərə xəbərdarlıq

“Məni tanıyan bilir ki, qeybət sevmirəm. Kimsə yanımda başqasının söhbətini edəndə bilirəm ki, mənim haqqımda da orada danışır. Bu, birmənalı şəkildə belədir. Hər zaman bir cavabım var: mənə maraqlı deyil, danışmayın. Bir insan haqqında öz fikrim formalaşmalıdır. Bir insan haqqında gördüklərimə əsasən fikir söyləyə bilərəm. Başqasının fikri mənim üçün önəmli deyil. Kim məni nə qədər sevir, nə qədər dəyər verir gözəl bilirəm”.

 

Manset.az Olay-a istinadən xəbər verir ki, bu sözləri Nanə Ağamalıyeva aparıcısı olduğu “7 tamam” verilişində deyib.

Nanə proqramı vasitəsi ilə qeybət edən müğənnilərə xəbərdarlıq ünvanlayıb:

“Əvvəl Toliklə (aparıcı-prodüser Tarix Əliyev - red.) qonşu kanalda veriliş aparırdı. Qonaq mənim verilişimdən çıxıb, gedib Tolikin verilişində başqa söz deyirdi. Yalan danışırdı. Etməyin belə şeylər. İndi də qulağıma başqa söhbətlər çatır. Hamısı həmkarlarımızdır. Bəziləri deyir ora getmədim, bura gəldim. Bu kimi söhbətlər var. Bunu heç vaxt etmirəm. Hamımız hamınızı yaxşı tanıyırıq. Mən də öz payıma deyim ki, hamını çox gözəl və yaxşı tanıyıram”.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin