Bir sıra yollarında sürət həddi ENDİRİLDİ
21 Fevral 2025
13:09 - 19 Fevral 2025
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda aparılan danışıqları şərh edərkən, ölkələr arasında münasibətlərin bərpası istiqamətində ilk addımın atıldığını bəyan edib.
Manset.az-ın xəbərinə görə, Kreml nümayəndəsi qeyd edib ki, nəticə çıxarmaq hələ tezdir.
Onun sözlərinə görə, keçmiş danışıqlar da Rusiya-Ukrayna münaqişəsinin həlli istiqamətində mühüm addım olub.
Dmitri Peskov qeyd edib ki, prezidentlər Donald Tramp və Vladimir Putinin görüşü Xarici İşlər Nazirliyi vasitəsilə hazırlıq tələb edəcək. Görüşlərinin fevralın sonuna qədər baş tutub-tutmayacağı ilə bağlı suala o, “Bəlkə, bəlkə də yox” cavabını verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin