Bir sıra yollarında sürət həddi ENDİRİLDİ
21 Fevral 2025
12:47 - 19 Fevral 2025
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran müasir penitensiar kompleksinə rəis təyin edilib.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə İsgəndərov Babək Əhliman oğlu sözügedən vəzifəyə təyin olunub.
Qeyd edək ki, Babək İsgəndərov bundan əvvəl 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. Hazırda 12 saylı cəzaçəkmə müəssisəsinin rəis vəzifəsinin icrası rəis müavini Cavid Səfərova tapşırılıb.
Xatıradaq ki, Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksi ötən ilin yanvar ayında istifadəyə verilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin