İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verildi - YENİLƏNDİ
25 Aprel 2024
18:28 - 24 Noyabr 2021
Xətai rayonu 257 nömrəli tam orta məktəbdə müəllimlər xəstə halda işə gəlir.
Manşet.az xəbər verir ki, bu barədə ısözügedən məktəbdə təhsil alan valideynlər şikayət edib.
Valideynlər iddia edir ki, müəllimlərin çoxu xəstə halda işə gəlir:
“Artıq neçə gündür uşaqlar xəstələnib, dərsə gedə bilmirlər. Amma məktəb rəhbərliyi məcbur edir ki, şagirdlər də, müəllimlər də xəstə olsalar belə, işə çıxsınlar. Siniflərdə uşaqların davamiyyəti çox zəifdir. Xəstəlik uşaqlardan bir-birilərinə keçir ki, bu da ümumilikdə yoluxmanın artmasına səbəb olur. Məktəb rəhbərliyi isə həm müəllimləri, həm də şagirdləri məcbur edir ki, dərsə gəlsinlər”.
Valideynlər hazırkı vəziyyətin böyük narahatlıq yaratdığını vurğulayıblar və bildiriblər ki, tezliklə hansısa tədbir görülməsə, epidemioloji vəziyyət nəzarətdən çıxa bilər.
Oxu.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin