ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə getdi

12:25 - 19 Fevral 2025

ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kiyevə getdi

ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfər edib.

 

Manset.az-ın xəbərinə görə, Ukraynanın paytaxtında onu ABŞ-nin Ukraynadakı səfiri Bridcet Brink qarşılayıb.

Kelloq qeyd edib ki, səfər zamanı o, Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə edəcək, sonra isə danışıqların məzmununu ABŞ prezidenti Donald Trampa çatdıracaq.

Kiyevdə Keyt Kelloqun Ukrayna prezidenti Vladimir Zelenski, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski və müdafiə naziri Rustem Umerovla görüşü gözlənilir.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin