Misirdə 3500 illik məzar tapıldı

11:50 - 19 Fevral 2025

Misirdə 3500 illik məzar tapıldı

Misirdə 18-ci Firon sülaləsinin padşahlarına aid firon məzarı tapılıb.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, Misirdə arxeoloqlar 100 ildən sonra ilk dəfə kral məzarının tapıldığını açıqlayıblar. 

Təxminən 3500 il əvvəl hökmranlıq etmiş Kral II Tutmosun məzarı Luksorun qərbindəki məşhur Krallar Vadisində tapılıb.

Bildirilib ki, 1922-ci ildə Tutanxamonun məzarının qazılmasından sonra Misirdə aşkar edilən ilk kral məzarı olan bu tikilinin girişi və əsas keçidi 2022-ci ildə müəyyən edilib. Son qazıntılarda məzarın Kral II Tutmosa aid olduğunu sübut edən yeni tapıntılar aşkar edilib.


Xəbər xətti

21 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin