Bir sıra yollarında sürət həddi ENDİRİLDİ
21 Fevral 2025
11:45 - 19 Fevral 2025
Əməliyyat zamanı Tiktokda canlı yayım açan cərraha xəbərdarlıq edilib.
Bu barədə Manset.az-a Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və Nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb:
“Səhiyyə Nazirliyinin 137 nömrəli əmri - “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”.
Qeyd edək ki, "National Prime Hospital"ın həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı Tiktokda canlı yayım açıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin