Hamilə qadın koronavirusa yoluxubsa, uşaq ölü doğula bilər- Mütəxəssislər

18:11 - 24 Noyabr 2021

Hamilə qadın koronavirusa yoluxubsa, uşaq ölü doğula bilər- Mütəxəssislər

Koronavirus pandemiyası insanların psixi sağlamlığına "dərin" təsir göstərir. Mütəxəssislərin fikrincə, uşaqlar və hamilələr üçün xüsusi dəstək proqramları hazırlanmalıdır. Çünki keçirilmiş sorğular göstərir ki, qorxu, həyəcan, psixoloji sarsıntı hissi və təcrid rejimi ən çox sözügedən təbəqədən olan insanlara təsir edir.

Uşaqlarda koronavirus pandemiyası səbəbiylə post-travmatik stress də daxil olmaqla ciddi ruhi sağlamlıq problemləri inkişaf edir.
Türkiyə, Hollandiya, ABŞ, Kanada, İngiltərə, Botsvana, İtaliya, Hindistan, Çin, Danimarka, İsrail, Yaponiya, Nepal, Meksika, Hon-Konq, İrlandiya və Braziliya ölkələrində aparılan araşdırmalara görə pandemiya səbəbindən ölü doğulan uşaqların, eləcə də ana ölümlərinin sayı artıb.

Azərbaycanda bununla bağlı rəsmi statistika olmasa da, bu yaxınlarda Sabirabadda koronavirusa yoluxan 39 həftəlik hamilə 20 yaşlı Yeganə Mirzəyevanın övladı ilə birgə ölümü gündəmi zəbt etmişdi.

Virusa yoluxma, psixiloji sarsıntı və stres ölüdoğulmanı artıra bilərmi?

Manşet.az xəbər verir ki. tanınmış pediatr Vaqif Qarayev Bizim.Media-ya açıqlamasında koronavirusa yoluxan hamilə qadınların doğuşdan sonra ölümü Gürcüstanda çoxdan var:

"Əvvəllər bildirirdilər ki, hamilə qadın koronavirusa yoluxubsa, virus dölə keçmir. Sonrakı hadisələr göstərdi ki, virus dölə keçir, ananı öldürürsə, uşağı da öldürür. Amma bunu birmənalı demək olmaz. Çünki sağlam doğulan uşaqlar da var. Hər halda hesab edirəm ki, ölüm virusla bağlıdır. Təbii ki, psixoloji faktorları da görməzdən gəlmək olmaz. Onlar sadəcə problemi daha da ağırlaşdııra bilər".

Həkimin sözlərinə görə ölümə səbəb psixoloji faktorlar deyil:

"Uşaqlarda da virus aşkarlanır. Qadının ölümünün səbəbi koronavirusdursa, uşağın da ölüm səbəbi eynilədir. Əlbəttə ki, kronavirus stres, depressiya, panik atak yaradır və vəziyyəti gərginləşdirir. Amma hamilə qadının ölüm səbəbinin psixoloji faktor olması fikri ilə razı deyiləm".
 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin