Rəmişin qardaşı Gülünü hədələdi: "Başına hələ çox bəlalar gələcək!" - VİDEO

18:06 - 24 Noyabr 2021 - CƏMİYYƏT

Mərhum gitaraçı Rafiq Hüseynovun (Rəmiş) qardaşı Vaqif Hüseynov "Elgizlə izlə" proqramına müraciət edib.

Manşet.az xəbər verir ki, V.Hüseynov mərhum qardaşının arvadı Gülü xanım haqqında bəzi açıqlamalar verib. O, Gülünün Rəmişin övladlarını düşünmədiyini, onların isə kirayələrdə qaldığını bildirib:

"Biz ailədə bir bacı, dörd qardaş olmuşuq. Hamımız da peşəkar musiqiçi olmuşuq. Lakin biz musiqi ilə məşğul olmamışıq. Sara Qədimova babamın dayısı qızıdır. Rəmiş Nüşabə adlı xanımla evləndi. İki qızı oldu. Qızının birinin yoldaşı rəhmətə getdi. İndi kirayədə qalırlar. 

Getdi Moskvada işlədi, ev aldı Montindən. Birini də hökumət ona verdi. Yanında gəzdirdiyi iki evdə qalır. Onun sifətinə görə heç kim yas mərasiminə getmədi. Qohum-əqrəba hamı ondan üz döndərdi. Deyir, bu ev mənə qalıb. Sənə heç nə qalmayacaq, başına hələ çox bəlalar gələcək".


Loading...

Xəbər xətti

30 Noyabr 2021