Bu ölkədə xalq pullarını gömür - Milyardlarla vəsait israf oldu

08:15 - 19 Fevral 2025

Bu ölkədə xalq pullarını gömür - Milyardlarla vəsait israf oldu

Portuqaliya Mərkəzi Bankı son 10 ildə 13,8 milyard avro dəyərində zədələnmiş 316 min əskinas dəyişdirib.

 

Manset.az xəbər verir ki, bu zərərin əsas səbəbi kimi pulların gizlədilməsi məqsədilə basdırılması göstərilib. Portuqaliya Bankının kassa əməliyyatları departamentinin koordinatoru Jose Luis Ferreira bildirib ki, insanlar pullarını gizlətmək üçün müxtəlif maraqlı üsullar həyata keçirir. Məlumata görə, bu vəziyyət bank üçün əhəmiyyətli əməliyyat problemi təşkil edir və gizli saxlama üsulları iqtisadiyyata və nağd pul əməliyyatlarına birbaşa təsir göstərərir. Bəzən vətəndaşlar pullarını başqa ərazilərdə də gizlədir.

Qeyd edək ki, Mira de Aire mağaralarının dibində yaş, yanmış və gəmiricilər tərəfindən məhv edilmiş külli miqdarda əskinasların üzə çıxması təəccübə səbəb olmuşdu.


Xəbər xətti

22 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin