Azərbaycanda dəhşət: bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

18:00 - 24 Noyabr 2021

Azərbaycanda dəhşət: bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Ağdaş rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Manşet.az abildirir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsi, 2 ünvanında qeydə alınıb.

Belə ki, 1942-ci il təvəllüdlü Qənirə Qurban qızı Şərifova, onun qızı, 1974-cü il təvəllüdlü Məryəm Seyfəddin qızı Məmmədova və nəvələri - 2004-cü il təvəllüdlü Məmmədova Şəfa Vüqar qızı və 2006-cı il təvəllüdlü Məmmədov Sadiq Vüqar oğlu dəm qazından zəhərlənib.

Həmin şəxslər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.
 
(report)


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin