Bir sıra yollarında sürət həddi ENDİRİLDİ
20 Fevral 2025
23:10 - 18 Fevral 2025
İngiltərənin "Mançester Yunayted" klubu İtaliya təmsilçisi "Napoli"nin hücumçusu Viktor Osimheni transfer etməyi düşünür.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 26 yaşlı futbolçu üçün İstanbul kollektivi ilə danışıqlara başlayıb.
İcarə əsasında "Qalatasaray"da (Türkiyə) çıxış edən oyunçu 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasında mübarizə aparan komandada forma geyinmək istəyir.
Mançester klubu Osimheni sıralarına cəlb etmək üçün 75 milyon avrosundan keçməlidir.
Qeyd edək ki, V.Osimhen cari mövsüm "Qalatasaray"ın heyətində 24 oyunda 19 qol vurub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin