Bu teatra yeni direktor təyin edildi

19:38 - 18 Fevral 2025

Bu teatra yeni direktor təyin edildi

Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyinat olub.

 

Manset.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidovun müvafiq əmri ilə Səyyad Çapay oğlu Məmmədov Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Səyyad Məmmədov bu təyinatadək Naxçıvan Dövlət Milli Dram Teatrında aktyor kimi çalışırdı.

Həmçinin o, müstəqil “Yeni Era” Uşaq və Gənclər Teatrının təsisçisi və direktorudur.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin