Bir sıra yollarında sürət həddi ENDİRİLDİ
20 Fevral 2025
17:43 - 18 Fevral 2025
Novruz bayramının ölkəmizdə qeyd olunması bir neçə günlə məhdudlaşmır. Qədimdə əkinçilər böyük çilləni yola saldıqdan sonra yerdə qalan bir ay iyirmi günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdi. İllər keçdikcə çərşənbələrin sayı azalıb, bəziləri yaddan çıxıb. Buna baxmayaraq, hələ də 4 çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında Yalançı çərşənbə də qeyd olunur.
Mövzu ilə bağlı Manset.az-a danışan folklorşünas Xalidə Məmmədova bildirib ki, əslində yalnız dörd çərşənbəmiz təmqəraqlı qeyd olunur.
"Təmtəraqlı qeyd olunan Su, od, yel, torpaq çərşənbələridir. Ən sonda da bayram qeyd olunur. Bəzi bölgələrimizdə yalançı çərşənbədə qeyd edirlər. Bu da beş ildən bir qeyd olunur. Deyilənə görə, boz ay dörd çərşənbədən ibarət olur. Amma beş ildən bir boz aya beş çərşənbə düşür. Onu da yalançı çərşənbə adlandırırlar. Bu çərşənbə həqiqətən Novruz çərşənbəsi deyil, Novruz bayramının yaxınlaşması ilə əlaqəli olaraq yalnız bir hazırlıq mərhələsidir".
Seyranə Quliyeva
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin