Tbilisi-Bakı reysi niyə gecikir? - AZAL-dan açıqlama

15:48 - 18 Fevral 2025

Tbilisi-Bakı reysi niyə gecikir? - AZAL-dan açıqlama

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.


Bu barədə Manset.az-a “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar. Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

“AZAL üçün uçuşların təhlükəsizliyinin bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk”, - məlumatda vurğulanıb.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin