Bolqarıstan prezidenti Ukraynaya hərbçilərin göndərilməsinin əleyhinədir

15:18 - 18 Fevral 2025

Bolqarıstan prezidenti Ukraynaya hərbçilərin göndərilməsinin əleyhinədir

Bolqarıstan prezidenti Rumen Radev Bolqarıstan hərbçilərinin Ukraynaya göndərilməsinə qəti şəkildə qarşı çıxıb.

 

Manset.az-ın xəbərinə görə, siyasətçi bu barədə qısa brifinqdə jurnalistlərin sualını cavablandırarkən bildirib.

"Xatırlayırsınızsa, hələ Ukraynada müharibənin əvvəlində vurğulamışdım ki, Bolqarıstanın bu münaqişəyə qarışmasına imkan verilməməlidir. Bu gün qlobal təhlükəsizlik arxitekturasının çökməsi fonunda bu məsələ daha da aktuallaşıb. Ali Baş Komandan kimi, mən qəti şəkildə Bolqarıstanın öz döyüşçülərini Ukrayna parlamentinə göndərilməsinin əleyhinəyəm".


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin