Rusiya və Hindistan Müdafiə Sazişi imzaladı

14:17 - 18 Fevral 2025

Rusiya və Hindistan Müdafiə Sazişi imzaladı

Rusiya və Hindistan nazirlikləri arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Bu, birgə tədbirlərin təşkili prosesini sadələşdirmək məqsədi daşıyır.

Manset.az-ın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, sənəd Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin ilə Hindistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Vinay Kumar arasında fevralın 18-də baş tutan görüşün yekunları üzrə imzalanıb. Tərəflər həmçinin hərbi sahədə gələcək əməkdaşlığı gücləndirmək niyyətlərini təsdiqləyiblər.

Qeyd edək ki, bundan əvvəl Hindistan Müdafiə Nazirliyi Rusiya ilə respublikaya gəmi əleyhinə qanadlı raketlərin tədarükünə dair müqavilə imzalayıb.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin