Tesla Hindistanda işə başlayır

12:43 - 18 Fevral 2025

Tesla Hindistanda işə başlayır

Elektrikli avtomobil istehsalçısı Tesla, baş direktoru İlon Maskın Hindistanın baş naziri Narendra Modi ilə Vaşinqtonda keçirdiyi son görüşdən sonra Hindistanda işə başlayıb.

 

Manset.az-ın xəbərinə görə, bu barədə şirkət Linkedin sosial şəbəkəsində məlumat yayıb.

Tesla-nın səhifəsində yerləşdirilən elanlara əsasən, şirkət məsləhətçilər, operatorlar və müştəri xidmətləri üzrə mütəxəssislər daxil olmaqla 13 vəzifəyə namizəd axtarır. Beş vakansiya Mumbay şəhəri üçün, qalanları isə Yeni Dehli üçün elan edilib.

Qeyd edək ki, fevralın 13-də Modi Vaşinqtonda Maskla görüşüb. Söhbət Hindistan və Amerika şirkətləri arasında innovasiya və süni intellekt sahəsində əməkdaşlığın gücləndirilməsi, eləcə də səmərəli dövlət idarəçiliyi məsələlərini müzakirə edib.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin