Bir sıra yollarında sürət həddi ENDİRİLDİ
20 Fevral 2025
12:30 - 18 Fevral 2025
Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində iş adamı Alazir Rzayevin avtomobili yandırılıb.
Manset.az Teleqraf.az-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” telekanalı məlumat yayıb.
Məlumata əsasən, ötən gecə iş adamının həyətində saxladığı maşının üzərinə benzin tökülərək od vurulub. Avtomobil yanaraq, yararsız hala düşüb.
A.Rzayev ona qarşı hücumun təşkilində kriminal avtoritet Elmuraz Məmmədovu ittiham edib.
Muğanlı sakinlərinin sözlərinə görə, E.Məmmədov artıq iki ildir kənddə reketçiliklə məşğul olur.
Onlar iddia edirlər ki, kriminal avtoritetin göstərişləri əsasında sakinlərə hədə-qorxu gəlinir, pul tələb edilir.
Faktla bağlı istintaq tədbirləri həyata keçirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin