Bir sıra yollarında sürət həddi ENDİRİLDİ
20 Fevral 2025
12:19 - 18 Fevral 2025
Rusiya və ABŞ nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtında rəsmi danışıqlara başlayıb.
Manset.az-ın xəbərinə görə, Rusiya tərəfini Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov təmsil edir. ABŞ komandasına dövlət katibi marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff, milli təhlükəsizlik üzrə müşaviri mayk Uolz və xüsusi elçi Stiv Vitkoff daxildir.
Kremlin məlumatına görə, görüş ikitərəfli münasibətlərin bərpasına, Ukrayna münaqişəsi üzrə mümkün danışıqların hazırlanmasına, həmçinin Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında şəxsi görüşün təşkilinə həsr olunacaq. Rusiya nümayəndə heyəti Moskvada danışıqların yekunlarına dair hesabat təqdim edəcək.
Yuri Uşakov qeyd edib ki, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev iqtisadi məsələləri müzakirə etmək üçün danışıqlarda Rusiya nümayəndə heyətinə qatıla bilər. Görüşdə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud iştirak edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin