İşdən çıxarılan Azər Qasımovdan AÇIQLAMA

12:06 - 18 Fevral 2025

İşdən çıxarılan Azər Qasımovdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Prezidentin Mətbuat katibi Azər Qasımov vəzifəsindən azad edilib. 


Manset.az işdən çıxarılan Azər Qasımovun bundan sonra hansı fəaliyyətlə məşğul olacağını öyrənmək üçün onunla əlaqə saxlayıb.

O, açıqlamasında bu barədə danışmaq istəməyib:

"Bu saat kənar yerdəyəm. Nə yazıblar ki? Mən indi çox məşğulam" - deyə Azər Qasımov bildirib.

Daha sonra jurnalistin "Siz ölkəmizin tarixində baş verən böyük hadisələr fonunda mətbuat katibi kimi o qədər də fəal deyildiniz?" sualına Azər Qasımov cavab verməyib.

 

Manşet.az


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin