Bir sıra yollarında sürət həddi ENDİRİLDİ
20 Fevral 2025
10:45 - 18 Fevral 2025
Ədalət Partiyasının sədri İlyas İsmayılovla vida mərasimi keçirilir.
Manset.az xəbər verir ki, Heydər Məscidində təşkil edilən mərasimdə mərhumun yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimindən sonra İlyas İsmayılovun nəşi Nardaran qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, İlyas İsmayılov ötən gün Mərkəzi Klinik Xəstəxanasında vəfat edib.
O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin