"Barselona" ən bahalı futbolçulardan birini alır

10:34 - 18 Fevral 2025

"Barselona" "Bayer Leverkusen"in alman yarımmüdafiəçisi Florian Virtzi almaq istəyir.

 

Manset.az xəbər verir ki, Camal Musialanın “Bavariya” ilə müqaviləsini uzatmasından sonra Kataloniya rəhbərləri 21 yaşlı futbolçunu yay transfer pəncərəsi üçün əsas hədəf kimi qəbul edirlər.

İspaniya klubunun prezidenti Joan Laporta və idman direktoru Deko artıq transfer üzərində işlərə başlayıb.Futbolçu ilə "Real" və "Mançester Siti" də maraqlanır. Ona Kataloniya klubundan daha ciddi maaş təklif edə bilərlər.

Bu mövsüm Florian Virtz klub səviyyəsində 35 oyun keçirib, 15 qol vurub və 12 məhsuldar ötürmə edib.

Onun dəyəri “Transfermarkt” tərəfindən 140 milyon avro olaraq qiymətləndirilir.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin