Bakının ən uzunmüddətli soyuq dövrü başlayır - 5 gün qar yağacaq
20 Fevral 2025
23:35 - 17 Fevral 2025
Tayvan hakimiyyəti ABŞ-dən bir neçə milyard dollarlıq silah almağı planlaşdırır.
Manset.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, silahların dəyəri 7-10 milyard dollar arasında ola bilər. Mənbələrdən biri bildirib ki, bu satınalma ABŞ-yə Tayvanın müdafiəyə sadiq qaldığını nümayiş etdirmək üçündür.
Bundan əvvəl məlumat verilmişdi ki, Tayvan hakimiyyəti ABŞ Prezidenti Donald Trampın yarımkeçiricilərə rüsum tətbiq etmək hədələri fonunda bu il müdafiə xərclərini ÜDM-in 3 %-nə qədər artırmağı planlaşdırır.
Qeyd edək ki, Birləşmiş Ştatlar Tayvanın əsas silah tədarükçüsüdür. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bir neçə il ərzində adaya amerikan hərbi tədarükünün ümumi həcmi 70 milyard dolları keçib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin