"Üst sıralarda qərarlaşan klublara qarşı daha yaxşı çıxış edirik" - Vasili Berezutski

21:30 - 17 Fevral 2025

Turnir cədvəlində üst pillələrdə qərarlaşan komandalara qarşı daha yaxşı çıxış edirik.

 

Manset.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski "Səbail"ə qarşı Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

O, heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Turnir cədvəlində üst pillələrdə qərarlaşan komandalara qarşı daha yaxşı çıxış edirik. Rəqib komandanın cərimə meydançasına 1-2 dəfə daxil ola bildik. Təəssüf ki, həmin epizodları qola çevirməyi bacarmadıq. Suni meydanda oynamaq da problemlər yaradırdı".

Qeyd edək ki, XXIII turun görüşündə "Sabah" səfərdə "Səbail" ilə heç-heçəyə (0:0) razılaşıb.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin