Bakının ən uzunmüddətli soyuq dövrü başlayır - 5 gün qar yağacaq
20 Fevral 2025
20:55 - 17 Fevral 2025
"Sinoptik şəraitin analizinə əsasən qeyd edə bilərik ki, fevral ayının üçüncü ongünlüyündə soyuq hava kütlələrinin təsiri nəticəsində hava şəraitinin dəyişəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı ehtimal olunur".
Manset.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, soyuq hava kütləsinin müdaxiləsi temperatur rejiminə də təsir göstərəcək:
"Belə ki, havanın temperaturu bu günlərlə müqayisədə aşağı enəcək. Bakıda və Abşeron yarımadasında fevralın 18 və 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər saatlarında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi fevralın 18-də tədricən mülayimləşəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-9° isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 19-u axşamdan hava şəraitinin dəyişəcəyi bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq".
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin