Özcan Deniz infarkt keçirdi

19:44 - 17 Fevral 2025

Özcan Deniz infarkt keçirdi

Son zamanlar ailəsi ilə yaşadığı problemlərlə gündəmə gələn türkiyəli sənətçi Özcan Denizin infarkt keçirdiyi məlum olub.

 

Manset.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyorun rol aldığı “Kızıl Goncalar” serialının çəkiliş meydançasında huşunu itirdiyi bildirilir.

Belə ki, ilk müdaxilədən sonra anju edilən Deniz iki həftə sonra yenidən xəstəxanaya gedəcək və ürəyindəki tıxanmış damara stent qoyulacaq. Məşhur aktyorun hazırda evdə dincəldiyi öyrənilib.

Qeyd edək ki, aktyor bu dəfə anası ilə yaşadığı problemlərlə gündəmə gəlib. Özcan Denizin anası oğlu və gəlini barəsində uzaqlaşdırma və qoruma tədbiri istəyib, məhkəmə prosesi başlayıb.

Özcan Denizin anası Kadriye Dənizin müğənninin həyat yoldaşı Samar Dadgarı döydüyü də iddia edilib.

Xatırladaq ki, müğənninin qardaşı ilə də münasibətləri yaxşı deyil. Onun ötən il yaydığı açıqlamaya görə, qardaşı ilə münasibətləri pisləşib və onunla yollarını ayırıb.



Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin