Türkiyədə universitetə silahlı HÜCUM

18:56 - 17 Fevral 2025

Türkiyədə universitetə silahlı HÜCUM

Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetinə silahlı hücum olub.

 

Manset.az yerli mətbuata istinadən xəbər verir ki, universitetin məzunu olmuş Bestami Serdar ali təhsil ocağının Səhiyyə Elmləri Fakültəsinin dekan müavini Müjdat Yeşildalını güllələyib.

Hadisədən dərhal sonra B.Serdar özünə də atəş açaraq, intihara cəhd edib.

Hər iki şəxs xəstəxanaya yerləşdiriliblər onların vəziyyətini ağır qiymətləndiriblər. Hələlik hadisənin təfərrüatı barədə məlumat verilmir.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin