Bakının ən uzunmüddətli soyuq dövrü başlayır - 5 gün qar yağacaq
20 Fevral 2025
17:30 - 17 Fevral 2025
Fevralın 24-də Aİ rəhbərliyi Aİ-İsrail Assosiasiya Şurasının 2022-ci ildən bəri ilk iclasında Qəzza zolağında münaqişənin həlli perspektivlərinə dair mövqeyini İsrail tərəfinə təqdim etməyi planlaşdırır.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə ABŞ və İsrail rəhbərliyinin son bəyanatları nəzərə alınmaqla Aİ-nin Yaxın Şərqdəki vəziyyətinin ilkin qiymətləndirilməsini nəzərdə tutan sənədə istinadən "Reuters" məlumat yayıb .
Agentliyin məlumatına görə, görüşdə avropalı diplomatlar Qəzza zolağından didərgin düşmüş insanların və qaçqınların öz evlərinə təhlükəsiz qayıtması və bütün şəraitin yaradılması üçün İsraildən təminatların alınmasının zəruriliyini bəyan edəcəklər. Sənədin mətninə əsasən, Aİ Qəzza zolağının infrastrukturunun və iqtisadiyyatının “sürətlə bərpasına” töhfə vermək planlarını açıqlayacaq və İsraildən bu əraziyə tam humanitar girişin təmin edilməsini tələb edəcək.
Agentlik qeyd edir ki, Aİ-nin bəyan etdiyi mövqe Qəzza zolağında münaqişənin daha da nizamlanması ilə bağlı ərəb ölkələrinin mövqeləri ilə səsləşir və ABŞ prezidenti Donald Trampın son bəyanatlarına ziddir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin