AFFA-dan bu kluba XƏBƏRDARLIQ

16:57 - 17 Fevral 2025

AFFA-dan bu kluba XƏBƏRDARLIQ

AFFA Azərbaycan I Liqasında mübarizə aparan “İmişli” klubuna xəbərdarlıq edib.

 

Manset.az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar çıxarılıb.

Buna fevralın 13-də I Liqanın XIV turunda baş tutan “Qəbələ” ilə matçın 58-ci dəqiqəsində “İmişli”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriliməsi səbəb olub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA bölgə təmsilçisinə xəbərdarlıqla kifayətlənib.

Sözügedən görüşün 49-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” isə 100 manat cərimələnib.

“Zaqatala”-“Difai” oyununda isə 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə qonaqlar 70 manat cərimələnib.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin