Azərbaycanda tanınmış jurnalistin evi qarət edildi

16:16 - 17 Fevral 2025

Azərbaycanda tanınmış jurnalistin evi qarət edildi

Əməkdar jurnalist, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı daxili işlər naziri Vilayət Eyvazova açıq məktub yazıb.

 

Manset.az xəbər verir ki, A.Telmanqızı Badamdarda yerləşən mənzilin qarət olunduğunu qeyd edək, oğrunun tapılması üçün nazirdən kömək istəyib.

A.Telmanqızı açıq məktubda yazıb:

"Cənab nazir! Şəmkir rayon sakini 1980-ci il təvəllüdlü, əvəllər məhkumluq həyatı yaşamış Cavadova Aygün Hümbət qızı şəhid qızı adı altında (şəhid qızı deyil) Bakıda dələduzluq, oğurluq, saxta sənədlər düzəltməklə, insanlara zərər vurmaqda davam edir. Artıq bir neçə fakt da təsdiqini tapıb. Bu qadın yaxşı şəraiti olan mənzilləri tapır, kirayə qalmaq adı ilə mənzilə yerləşir və heç bir kirayə haqqı ödəmədən 10-15 gün mənzildə yaşayır, "kirayə haqqını ödəyəcəm" deməklə yalan vədlər verir, vaxt uzadır, ən sonda kirayə qaldığı evləri qarət edib qaçır. Bu işi də tək görmür. Oğlu və bir tanışı ilə birgə silsilə oğurluqlar edir.

Təəssüf ki, onun növbəti qurbanlarından biri də mənəm. Mən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinatımdan və ailəliklə Xankəndi şəhərinə köçəndən sonra mənzilimin kirayə elanını vermişəm. Bu dələduz qadın da birbaşa vasitəçi olmadan özü zəng edib, bizi tapıb və kirayə qalmaq istədiyini bildirib. Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən mənzilimdə bu ilin yanvar ayının 15-i kirayənişin kimi yerləşib. Hər dəfə zəng edib, votsap üzərindən səs göndərərək, pulu verəcəyini deyib. Nəhayət pul ödəmədən, evi qarət edərək, yanvar ayının 30-u saat 17 radələrində evi tərk edib. Əlimizdə videogörüntülər var. Evdən nə qədər əşya çıxardığının görüntüləri də polisə təqdim olunub (Kompüter, planşet, telefon və sair).

Onun soyğunçuluq zamanı istifadə etdiyi maska papaq və digər sübutlar da mənzilimdən tapılaraq, polisə təqdim olunub. Digər 2 evdən etdiyi oğurluqların da sübutunu əks etdirən səs yazıları, faktlar var. Narkotestin cavabı da ortadadır. 4 sutkalıq həbslə canını qurtarıb. Bu qadın hazırda azadlıqdadır. Mənə səs yazısı göndərib hədə-qorxu gəlir. Yalandan özünü şəhid qızı kimi təqdim edir. Şəhid qızı oğurluqmu edir? Dələduzluqmu edir? Saxta qəbz göndərirmi? Bütün sübutlar olduğu halda qadın həbs olunmur. Digərləri üçün də təhlükə yaradır. Gələcəkdə digər qurbanların olmaması üçün bu qadın təcili həbs edilməlidir!

Cənab nazir! Xahiş edirəm işi ciddi nəzarətə götürəsiniz.Təşəkkür edirəm!".


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin