Bakının ən uzunmüddətli soyuq dövrü başlayır - 5 gün qar yağacaq
20 Fevral 2025
16:12 - 17 Fevral 2025
Polşa hakimiyyəti Ukraynaya Polşa sülhməramlılarını göndərməyi düşünmür, lakin Kiyevə dəstəyini davam etdirəcək.
Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Polşanın Baş naziri Donald Tusk bildirib.
"Polşaya dəstək məsələsinə gəlincə, məsələ həll olundu. Biz Ukrayna ərazisinə Polşa qoşunlarını göndərməyi planlaşdırmırıq".
Fevralın 17-də Parisdə Ukrayna ilə bağlı fövqəladə sammitin keçirilməsi planlaşdırılır. Görüşdə liderlər atəşkəs rejiminə nəzarət etmək üçün Ukraynaya sülhməramlı kontingentin mümkün göndərilməsini müzakirə edəcəklər. İclasda Almaniya, İtaliya, Polşa, İspaniya, Hollandiya, Danimarka və Böyük Britaniyanın hökumət başçılarının iştirakı gözlənilir. Sammitin məqsədi Ukrayna ərazisində sülhməramlıların yerləşdirilməsi məsələsində ümumi Avropa mövqeyinin razılaşdırılmasıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin