Azərbaycanda bu ərazilərdə zəlzələ olacaq? - Seysmoloqdan XƏBƏRDARLIQ

15:49 - 17 Fevral 2025

Azərbaycanda bu ərazilərdə zəlzələ olacaq? - Seysmoloqdan XƏBƏRDARLIQ

Son günlər qonşu ölkələr olan İran, Türkiyə və Rusiyada müxtəlif maqnitudalı zəlzələlər baş verir. Bu da insanlar arasında ciddi narahatlıq doğurur. Bəs, Azərbaycanda zəlzələnin baş vermə ehtimalı varmı?

 

Mövzu ilə bağlı Manset.az-a danışan seysmoloq Qulam Babayev bildirib ki, son 2 ay ərzində biz müşahidə edirik ki, dünyada seysmik və tektonik aktivlik davam edir.

"Qeyd etmişdim ki,  2024-cü il və 2025-ci ilin ilk ayları seysmik və tektonik aktivlik dünya miqyasında davam edəcək. Biz bunun şahidi oluruq. Gördüyünüz kimi dövrülük hələki davam edir. Çox güman ki, 2025-ci ildə də bu davam edəcək. İran, Rusiya, Yunanıstan, Türkiyə və  digər ölkələrdə aktivlik davam edir. Müşahidə edirik ki, palçıq vulkanları da püskürür". 

Seysmoloq qeyd edib ki, belə seysmoloji aktivlik dövründə Azərbaycan sabit qala bilməz:

"İranda 5,4 maqnitudalı zəlzələ baş verdi. Təbii ki, bütün bu aktivlikdə Azərbaycanda da yer titrəmələri baş verəcək. Amma digər bölgələrlə müqayisədə yerdəyişmə sürəti o qədər də intensiv deyil. Ona görə də burada güclü, dağıdıcı zəlzələlərin gözlənilməsi labüd deyil. Amma hiss olunan zəlzələlər qaçılmazdır. 4,5 -.4,6 bal gücündə hiss olunan zəlzələlərin baş verəcəyi gözləniləndir. Burada bir neçə zonalar var. İranda baş verən zəlzələdən sonra Talış seysmoaktiv zonası oyana bilər. Cənubi Xəzər hissəsi, Qarabağın özü də titrəyişlərə məruz qala bilər. Xəzər dənizinin özü geoloji baxımdan mürəkkəb regiondur. Burada bir neçə geoloji strukturlar mövcuddur. Bunun nəticəsində Xəzər dənizi seysmik ocaqlarla zəngindir".

 

Seyranə Quliyeva


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin