Bakının ən uzunmüddətli soyuq dövrü başlayır - 5 gün qar yağacaq
20 Fevral 2025
14:06 - 17 Fevral 2025
Mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır.
Manset.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Xidməti və mülki silah haqqında Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, mülki silahı əldə etmək istəyən vətəndaş Azərbaycanın müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət etməli və bu orqana sağlamlıq haqqında tibbi arayışı və özünün Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
Qanuna əlavə edilən yeni - II-I hissəyə əsasən, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilməyəcək. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və ya vətəndaş tərəfindən təmin ediləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin