Bəy infarktdan dünyasını dəyişdi - Toyda DƏHŞƏT

12:12 - 17 Fevral 2025

Bəy infarktdan dünyasını dəyişdi - Toyda DƏHŞƏT

Hindistanın Madhya Pradeş əyalətinin Şeopur rayonunda dəhşətli hadisə baş verib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı bəy Pradip Cat toy korteji zamanı at sürərkən ürək tutmasından dünyasını dəyişib.

Sosial mediada paylaşılan görüntülərdə milli geyimdə olan bəyin atla məkana yaxınlaşaraq yavaş-yavaş önə əyildiyi və huşunu itirdiyi görünür. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, buna oxşar faciəvi hadisə 6 gün əvvəl Vidişa rayonunda da baş verib. 23 yaşlı Parinita Jain əmisi oğlunun toyunda rəqs edərkən səhnədə infarkt keçirərək dünyasını dəyişib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv