Akif Çovdarov əmlaklarının yenidən geri qaytarılmasını istəyir

11:07 - 17 Fevral 2025

Akif Çovdarov əmlaklarının yenidən geri qaytarılmasını istəyir

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarov müsadirə edilmiş əmlaklarını geri qaytarmaq üçün məhkəmə qərarından yenidən kassasiya şikayəti verib.

 

Manset.az Pravda.az-a istinadla xəbər verir ki, artıq şikayət Ali Məhkəməyə daxil olub.

A.Çovdarov aşağı instansiya məhkəməsinin çıxardığı qərarla razılaşmır, əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edir.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: 2022-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi Akif Çovdarovun 30 milyon manatlıq əmlaklarının müsadirədən azad olunaraq sahiblərinə qaytarılması qərarı çıxarıb. Lakin bir müddət sonra Ali Məhkəmə prokurorun protesti əsasında həmin qərarı ləğv edib.

Bakı Apellyasiya Məhkəməsi təkrar baxış zamanı yenidən 30 milyonluq əmlaklarının dövlət nəfinə müsadirəsinə qərar verib. Qərardan narazı qalan Akif Çovdarov Bakı Apellyasiya Məhkəməsinə kassasiya şikayəti verib. O, əmlaklarının yaxınlarına geri qaytarılmasını tələb edib. Lakin şikayət təmin edilməyib.


Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin