Bakının ən uzunmüddətli soyuq dövrü başlayır - 5 gün qar yağacaq
20 Fevral 2025
10:35 - 17 Fevral 2025
Salyanın Qaraçala qəsəbəsində kiçik bir evdə Abdullayevlər ailəsi 10 uşaq böyüdür. Onlardan ən böyüyünün 13, ən kiçiyinin isə 1 yaşı var.
Manset.az xəbər verir ki, İTV ailəyə baş çəkib, dolanışığı, problemləri ilə maraqlanıb.
Ananın sözlərinə görə, bəzən əsəbi olanda uşaqların adlarını səhv salsa da, çoxuşaqlı ana olması onu xoşbəxt edir. Uşaqların hərəsi bir xasiyyətdə olsa da, onlarla dil tapmağa çalışır.
Ailədəki uşaqların 7-si məktəblidir. Səs-küyü əskik olmayan Abdullayevlər ailəsinin ən böyük çətinliyi evlərinin darısqal olması ilə bağlıdır.
Atanın sözlərinə görə, övladlarının təkcə qidaları ilə bağlı hər ay 1000 manatdan çox xərc çıxır: “Əsasən qış aylarında geyim problemləri olur. Birinin şalvarı olmur, birinin “kurtka”sı və ya ayaqqabısı nazik olur. Dərsləri, dərnəkləri var. 7 uşaq məktəbə gedir. Əsas problemimiz mənzil problemidir, mənzilimiz kiçik və şəraitsizdir...”
Daha ətraflı süjetdə:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin