Bakının ən uzunmüddətli soyuq dövrü başlayır - 5 gün qar yağacaq
20 Fevral 2025
09:42 - 17 Fevral 2025
Azərbaycan çimərlik voleybolu üzrə klubların nəticələrinə görə reytinqdə Avropada birincidir.
Manset.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası çimərlik voleybolu üzrə klubların nəticələrinə görə ölkələrin reytinqini açıqlayıb.
Azərbaycan həm qadınların (75 xal), həm də kişilərin (90 xal) sıralamasında birinci yerdə qərarlaşıb. Ölkənin reytinq xalları 2023 və 2024-cü illərdə klublararası Avropa Kubokunda təmsilçilərimizin uğurlu çıxışı sayəsində daha da artıb.
Qeyd edək ki, 2023-cü ildə “Murov Az Terminal”ın kişilərdən ibarət komandası, 2024-cü ildə isə “Azərreyl”in həm qadın, həm də kişi komandaları Avropa Kubokunun qalibi olublar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin