Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə TƏLTİF OLUNDU

18:26 - 16 Fevral 2025

Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə TƏLTİF OLUNDU

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu birinci dərəcəli “Serbiya Bayrağı” ordeni ilə təltif edib.

 

Manset.az Serbiya mətbuatına istinadən xəbər verir ki, nazir Serbiya ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif olunub.

Mükafatlandırma mərasimində C.Bayramov vurğulayıb ki, Azərbaycanla Serbiya strateji tərəfdaş və əsl dostdurlar.

O, həmçinin bildirib ki, bu mükafat Serbiya rəhbərliyinin Azərbaycana nə qədər önəm verdiyinin bariz nümunəsidir.

Qeyd edək ki, C.Bayramov Serbiyada səfərdədir. Səfər çərçivəsində nazirin Serbiyada yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.



Xəbər xətti

20 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin