Həftənin ilk günü hava necə olacaq?

12:32 - 16 Fevral 2025

Həftənin ilk günü hava necə olacaq?

Fevralın 17 Bakıda Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağıarabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Manset.az xəbər verir ki, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


Xəbər xətti

19 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin