Prezident Pakistan Senatının sədrini qəbul etdi
19 Fevral 2025
09:47 - 16 Fevral 2025
Bu gün Azərbaycanın daha doqquz cüdoçusu Bakıda keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.
Manset.az-ın məlumatına görə, yarışın sonuncu günündə kişilərdən 8, qadınlardan 1 idmançı tatamiyə çıxacaq.
Tuncay Şamil, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Əjdər Bağırov, Davud Namazlı (100 kq), Camal Feyziyev, Ramazan Əhmədov, Uşanqi Kokauri, Kənan Nəsibov (hamısı 100 kq) və Nigar Süleymanova (+78 kq) meda qazanmağa çalışacaqlar.
Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev gümüş, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc mükafata sahib çıxıblar.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin