Prezident Pakistan Senatının sədrini qəbul etdi
19 Fevral 2025
08:35 - 16 Fevral 2025
Qanunsuz mini kameralı eynəklər ilk baxışdan adi bir aksesuar təsirini bağışlasa da, əslində şəxsi məxfiliyi pozmaq və gizli müşahidə aparmaq məqsədilə dizayn edilib.
Manset.az Baku Tv-yə istinadən xəbər verir ki, belə cihazların istifadəsi qanunla qadağan olunsa da, satışı həyata keçirilir.
Sosial şəbəkələrdə açıq şəkildə "çatdırılma" xidməti ilə təklif olunan bu eynəkləri almaq istəyən şəxsin qeyd olunan nömrəyə zəng etməsi kifayətdir. Zəng etdiyiniz zaman isə avtomatik olaraq "nömrə təyin olunmayıb" ifadəsini eşidirsiniz. Hər nə qədər "nömrə təyin olunmasa" da, mesaj yazdığımız zaman dərhal cavablandırılır. Bu üsul həm satıcının anonimliyini, həm də əməliyyatın gizliliyini qorumaq üçün nəzərdə tutulub.
Mütəxəssislərin sözlərinə görə, bu məhsulların istifadə qaydalarına düzgün riayət edilmədiyi zaman ciddi təhlükəsizlik riski böyükdür.
"Bu eynəklərin şüşəsi həddindən artıq tünd olduğuna görə, adi eynək kimi maşın, velosiped sürəndə istifadə edilməməlidir. Eynəklərin üstündə xüsusi mexanizimlər olduğuna görə, həddindən artıq qızma nəticəsində partlama hadisəsi baş verə və bu zaman gözlərin ciddi zərər görməsi qaçılmazdır", - deyə təhlükəsizlik üzrə ekspert Orxan Musayev qeyd edib.
Həm satışı, həm də istifadəsi qanunsuz olan bu məhsullar gömrükdən necə keçirilir?
Dövlət Gömrük Komitəsindən bildirilir ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin ölkə ərazisinə gətirilməsi üçün xüsusi icazənin verilməsi qaydaları və xüsusi icazəni verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə tənzimlənir.
"Adıçəkilən fərmanın iki nömrəli əlavəsinin 12-ci bölməsinə əsasən, əşyaların dövriyyəsinə xüsusi icazə müvafiq xüsusi icazəni verən dövlət orqanının rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin xüsusi icazə sənədi təqdim olunmadıqda ölkə ərazisinə gətirilməsinə yol verilmir. Müvafiq icazə yalnız müəyyən dövlət orqanlarına verilir. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanuna görə, bu texniki vasitələrdən yalnız hüquq-mühafizə və xüsusi xidmət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumlar istifadə edə bilər".
Belə olan halda, bu məhsulların satışı qanunla necə tənzimlənir?
Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, Cinayət Məcəlləsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə cinayət məsuliyyəti yaradır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin