Pezeşkian Əli Əsədovu belə qarşıladı - VİDEO
19 Fevral 2025
23:45 - 15 Fevral 2025
Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Latviya Respublikasının xarici işlər naziri Baiba Braje ilə görüşüb.
Bu barədə Manset.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.
İki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı yüksək səviyyəli səfərlərin əhəmiyyəti vurğulanıb. Hökumətlərarası komissiyanın iclasına hazırlıq nəzərdən keçirilib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin