Lavrov Rubio ilə telefon danışığı apardı

00:10 - 16 Fevral 2025

Lavrov Rubio ilə telefon danışığı apardı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı həmkarı Marko Rubio ilə telefon danışığı aparıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Amerika tərəfinin təşəbbüsü ilə iki ölkənin xarici işlər nazirləri arasında telefon danışığı baş tutub”, – nazirlikdən bildirilib.

Məlumata görə, tərəflər əvvəlki administrasiyadan miras qalmış qarşılıqlı faydalı ticarət-iqtisadi və investisiya əməkdaşlığı yolundakı birtərəfli maneələrin aradan qaldırılması maraqları naminə Rusiya – Amerika münasibətlərində yığılmış problemlərin həlli üçün kommunikasiya kanalının saxlanılması barədə razılığa gəliblər.

Həmçinin aktual beynəlxalq mövzular, o cümlədən Ukrayna ətrafında nizamlama, Fələstin ətrafında vəziyyət və ümumilikdə Yaxın Şərqdə və digər regional istiqamətlərdə qarşılıqlı fəaliyyət üçün ikitərəfli meyil müəyyən edilib. Rusiya və ABŞ-nin xarici nümayəndəliklərinin işi üçün qarşılıqlı maneələrin aradan qaldırılması üzrə konkret addımların razılaşdırılması üçün ən yaxın vaxtda ekspertlərin görüşünün təşkil edilməsi barədə razılıq əldə olunub.

İki ölkənin XİN başçıları prezidentlər tərəfindən müəyyən edilmiş tonallıq çərçivəsində qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası dialoqun bərpası üzərində birgə işləmək niyyətlərini təsdiq ediblər. Tərəflərin müntəzəm əlaqələr, o cümlədən ən yüksək səviyyədə Rusiya – ABŞ görüşünün hazırlanması barədə razılığa gəldikləri qeyd olunub.

Qeyd edək ki, fevralın 12-də Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp telefon danışığı aparıb və Rusiya – Ukrayna münaqişəsinin nizamlanması perspektivlərini müzakirə ediblər.


Xəbər xətti

19 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin